BAKI, 9 oktyabr. TELEQRAF
Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində Səudiyyə Ərəbistanının dövlətə məxsus “Saudiia” aviaşirkətinin pilotu həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilib.
“Kral Xalid Beynəlxalq Hava Limanında baş verən hadisə əməkdaşlarımızdan birinin ölümü ilə nəticələnib. Mərhum kapitan Hamud əl-Kaltaminin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - açıqlamada qeyd edilib.