BAKI, 9 oktyabr. TELEQRAF
“İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Bəsic” Təşkilatı uşaqlardan müxtəlif fəaliyyətlərdə, o cümlədən nəzarət-buraxılış məntəqələrində, əməliyyat və kəşfiyyatda istifadə edir”.
Teleqraf xəbər verir ki, bunu “Iran International”ın redaksiya heyətinin üzvü Əli Şirazi ABŞ Dövlət Departamentinin illik hesabatına istinadla deyib.
“İran rejimi İraqla səkkizillik müharibə zamanı uşaqlardan istifadə təcrübəsindən özünə bağlı qruplara cəlb etmək üçün yararlanır”, - iranlı jurnalist bildirib.