BAKI, 8 oktyabr. TELEQRAF

İranın Sistan-Bəlucistan əyalətində hərbçiləri daşıyan mikroavtobusa hücum nəticəsində bir əsgər həlak olub, üçü yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

İranın quru qüvvələrinin şəxsi heyətini daşıyan mikroavtobusa hücum Nikşəhr şəhəri yaxınlığında baş verib. Qeyd olunub ki, təhlükəsizlik qüvvələri hücumu törədənləri yaxalamaq üçün əməliyyat keçirir.