BAKI, 8 oktyabr. TELEQRAF
İsrail xarici işlər naziri Gideon Saar Yerusəlimdəki (Qüds) Böyük Britaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdığını təsdiqləyib.
Teleqraf xəbər verir ki, diplomat bu barədə X sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, İsrail hakimiyyəti tərəfindən sentyabrda verilən qərarı faktiki olaraq yerinə yetirir və Britaniya diplomatlarının əksəriyyəti ölkəni tərk etməlidir. Nazir konsulluğun bir neçə əməkdaşının İsraildə qala biləcəyini də açıqlayıb.
“Əvvəl bəyan etdiyim kimi, Yerusəlimdəki Britaniya konsulluğu bu gün fəaliyyətini dayandırıb. Baş konsul və 19 diplomat fəaliyyətlərini başa çatdırır və İsraili tərk edəcəklər”, - Saar vurğulayıb.
İsrail bu qərarı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisinə görə Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara cavab olaraq verib. Sentyabrın 8-də Britaniya xarici işlər naziri Ed Milibənd Londonun İordan çayının qərb sahilində yerləşən yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa qoyduğunu açıqlamışdı. Sanksiya tədbirlərinin 2027-ci ildə qüvvəyə minməsi nəzərdə tutulur. Buna cavab olaraq İsrail Qüdsdəki Britaniya konsulluğunun 30 gün ərzində bağlanacağını bəyan etmişdi.