BAKI, 12 oktyabr. TELEQRAF

“Qarabağ” Futbol Klubunda kadr dəyişikliyi baş verib. Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.

2023-cü ilin sentyabrından bu vəzifədə çalışan A.Hacıyevin fəaliyyəti dövründə komanda iki dəfə Azərbaycan çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə, UEFA Avropa Liqasında isə 1/8 final mərhələsinə yüksəlmək həyəcanını bölüşüb.

A.Hacıyev klubdakı fəaliyyəti dövründə nüfuzlu “Johan Cruyff” institutunun diplomuna yiyələnib və Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.

“Qarabağ” FK Anar Hacıyevə göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib və ona gələcək karyerasında uğurlar arzulayıb.