BAKI, 12 oktyabr. TELEQRAF

“Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru və idarə heyətinin sədri Oleq Belozerov oktyabrın 13-də Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Oleq Belozerov oktyabrın 14-də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Danışıqlarda dəmir yolu infrastrukturunun inkişafı, Qars və Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin tikintisi, həmçinin "Cənubi Qafqaz Dəmir Yolları"nın konsessiyası məsələlərinin müzakirəsi gözlənilir.