BAKI, 12 oktyabr. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali rəhbəri Müctəba Xamenei ilə yeddi saatdan çox davam etdiyini iddia etdiyi görüşündən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə o, ölkə universitetlərinin yeni tədris ilinin açılış mərasimində bildirib.
Pezeşkian Xamenei ilə ölkənin idarə olunması problemlərini müzakirə etdiyini deyib:
“Bu məsələləri həmin görüşdə qaldırdım. Dedim ki, rəhbər vəzifələrə şəxslərin təyinatı onların şəxsi keyfiyyətləri və peşəkar bacarıqları əsasında həyata keçirilməlidir. Qərarların qəbulunda onların prezidentə və ya digər şəxslərə bağlılığı meyar kimi götürülməməlidir”.
İran Prezidenti avqustun 10-da Müctəba Xamenei ilə yeddi saatlıq görüş keçirdiyini iddia etmişdi.
Xatırladaq ki, İranın yeni ali rəhbəri bu postda seçildiyi mart ayında bəri bir dəfə də ictimaiyyət qarşısına çıxmayıb, foto və ya videogörüntüsü dərc edilməyib. Bu müddətdə dövlət televiziyasında ancaq yazılı müraciətləri yayımlanıb. Müctəbanın ABŞ və İsrailin fevralın 28-də Tehrana hava zərbələrində ağır yaralandığı bildirilir. Həmin hücumda onun atası və sələfi Əli Xamenei ölüb.