BAKI, 12 oktyabr. TELEQRAF

“Səudiyyə Ərəbistanı Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) ölkəyə son hücumları fonunda dayanıqlılıq sınağından keçməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu krallığın energetika naziri, şahzadə Əbdüləziz bin Salman əl-Səud deyib.

“Sistemimiz təzyiq altında necə işləyir? Durum çətinləşəndə nə baş verir? Bunlar dayanıqlılıq üçün ciddi sınaqlardır və Səudiyyə Ərəbistanı bu sınaqlardan keçməyə hazırdır. Son həftələrdə baş verən hadisələr ciddidir və cavabımız da eyni dərəcədə ciddi olmalıdır”, - nazir bildirib.