BAKI, 9 oktyabr. TELEQRAF

“İqtisadiyyatın dollarlaşması və milli valyutanın məhv olması daimi qeyri-sabitliyin, pul emissiyasının, geniş yayılmış korrupsiyanın və rejimin ağılsız siyasətinin birbaşa nəticəsidir”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi bildirib.

“Rialın sürətlə dəyərdən düşməsi əməkhaqlarının, maaşların və pensiyaların dəyərsizləşməsi, insanların əmanətlərinin əriməsi və gündəlik həyatın bahalaşması deməkdir”, - o qeyd edib.

Pəhləvi ölkə iqtisadiyyatında inflyasiyanın 90 faizə çatdığını vurğulayıb.

Həmçinin o, inflyasiyanın cilovlanmadığını, ancaq hakimiyyət nümayəndələrinin sərvətini artıran dollarla kütləvi müdaxilə kimi uğursuz siyasətlərin təkrarlandığını söyləyib.

“Bu rejim iqtidarda olduğu müddətdə islahat mümkün deyil, çöküş davam edəcək”, - Rza Pəhləvi əlavə edib.