BAKI, 8 oktyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda 7 mərtəbəli binanın ilk 3 mərtəbəsi çöküb.
Teleqraf xəbər verir ki, 12 mənzilli binada 33 nəfərin yaşadığı açıqlanıb.
Dağıntılar altında qalan 14 nəfərdən 10-u xilas edilib, 2 nəfərin cansız bədəni aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.