BAKI, 11 iyul. TELEQRAF

İranın yeni ali rəhbəri ayətullah Seyid Müctəba Xamenei sələfi ayətullah Seyid Əli Xameneinin və həlak olan digər şəxslərin ölümünə görə qisasın qaçılmaz olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

Müctəba Xamenei İran və İraqda keçirilən dəfn mərasimlərindən sonra etdiyi müraciətdə vida mərasimində kütləvi iştirak edən vətəndaşlara təşəkkür edib.

O həmçinin bildirib ki, İranın cavabı konkret rəhbərlərdən asılı deyil və ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq həyata keçiriləcək.