BAKI, 27 avqust. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü atılıb.
Teleqraf xəbər verir ki, Monakoda keçirilən mərasimdə "Sabah"ın bütün rəqibləri bəlli olub.
Bakı təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Slaviya" (Çexiya), "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) üz-üzə gələcək.
"Barselona", "Borussiya Dortmund", "Napoli" və "Slavia Praqa" "Sabah"la görüş üçün Bakıya gələcək. Digər görüşlər isə səfərdə keçiriləcək.
***
21:09
"Sabah"ın son rəqibi də bəlli olub.
Teleqraf xəbər verir ki, Masazır klubu "Vikinq" səfərinə yollanacaq.
***
21:05
"Sabah" evdə "Slavia Praqa"nı qəbul edəcək.
***
21:03
"Napoli" də "Sabah"la görüş üçün Bakıya gələcək.
***
20:58
"Sabah" səfərdə "Villareyal" ilə qarşılaşacaq.
***
20:51
UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın daha bir rəqibi bəlli olub.
Teleqraf xəbər verir ki, Azərbaycan çempionu "Mançester Yunayted" səfərinə yollanacaq.
***
20:46
"Sabah" evdə "Borussiya Dortmund"u qəbul edəcək.
***
20:41
"Sabah"ın növbəti rəqibi bəlli olub.
Teleqraf xəbər verir ki, Bakı təmsilçisi səfərdə "Arsenal"la qarşılaşacaq.
***
20:36
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü atılır.
Teleqraf xəbər verir ki, Monakoda keçirilən mərasimdə "Sabah"ın ilk rəqibi bəlli olub.
Bakı təmsilçisi bu mərhələdə "Barselona" ilə qarşılaşacaq. İspaniya klubu ilə oyun Bakıda baş tutacaq.