BAKI, 11 iyul. TELEQRAF

ABŞ hökumətinin dərc etdiyi sənəd Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı hərbi əməliyyatlarında fəal rol oynadığını təsdiqləyir.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi sosial şəbəkə hesabında paylaşım edib.

Qəribabadinin sözlərinə görə, ABŞ Ticarət Nazirliyinin BƏƏ-yə qarşı ixrac məhdudiyyətlərini yumşaltmaq qərarı Əbu-Dabinin ABŞ-nin hərbi əməliyyatına dəstəyinin "rəsmi etirafı"dır.

O bildirib ki, sözügedən sənəd BƏƏ-nin "birbaşa beynəlxalq hüquqi məsuliyyət" daşıdığını göstərir.

"BƏƏ məsuliyyətə cəlb olunmalıdır", - deyə iranlı diplomat vurğulayıb