BAKI, 11 iyun. TELEQRAF

BMT baş katibi Antonio Quterreş ABŞ və İran arasında tam atəşkəsə və Tehranın tamamilə bağlandığını açıqladığı Hörmüz boğazında hərəkətin bərpasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“Hörmüz boğazı və ətrafında naviqasiya hüquq və azadlıqlarının məhdudlaşdırılması dünyada çətinliklərə və qeyri-sabitliyə səbəb olur. Dünyanın tam atəşkəsə və beynəlxalq hüquqa uyğun olaraq naviqasiya hüquq və azadlıqlarının bərpasına ehtiyacı var”, - BMT baş katibi vurğulayıb.