BAKI, 4 iyun. TELEQRAF

İran Hörmüz boğazından keçid üçün rüsum almaq niyyətində deyil, yalnız gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, İran və ABŞ arasında müqavilənin son versiyası üzərində iş davam etsə də, onun tamamlanma müddəti məlum deyil.

XİN əlavə edib ki, İran ABŞ ilə müqavilə imzalandıqdan sonra dondurulmuş xarici aktivlərinin yarısının dərhal açılmasında israr edir.