BAKI, 2 iyun. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqlarda rəsmi Ankara tərəfindən dəstəyin davam etdiyini vurğulayaraq, hər iki tərəfin atəşkəsin müddətini uzatmaq üçün səmimi cəhd göstərdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Hakan Fidan "Bloomberg"ə müsahibəsində bildirib.
"Amerikalıların və iranlıların səmimi olduqlarına əminəm. Onlar atəşkəsi və Hörmüz boğazının açılmasını istəyirlər. Lakin İsrailin niyyətindən əmin deyiləm", - nazir vurğulayıb.