BAKI, 2 iyun. TELEQRAF
“İranla ABŞ arasında müharibə bir dəqiqə belə dayanmayıb”.
Teleqraf xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Həmidrza Hacıbabayi deyib.
Parlamentari müharibənin dayanmadığını, yalnız formasının dəyişdiyini bildirib:
“Vaxtilə savaş təyyarələr və hərbi texnika ilə aparılırdı, bu gün isə tammiqyaslı iqtisadi, mədəni, media və təbliğat müharibəsi şəklində davam etdirilir. Onlar nə vaxt uğursuzluğa düçar olsalar, məzlum “Hizbullah”a hücum edirlər”.
Hacıbabayi qeyd edib ki, ABŞ Hörmüz boğazının İrana məxsus olduğunu və bunun dəyişməyəcəyini qəbul etməlidir: “Həmçinin Amerika bilməlidir ki, nüvə məsələsi İran xalqının ayrılmaz hüququdur və müzakirə mövzusu deyil”.
İran parlamentinin üzvü əlavə edib ki, ABŞ Hörmüz boğazından əldə edilən gəlirləri mənisəməyə çalışır.