BAKI, 7 may. TELEQRAF

Bəhreyn İranın bu ölkəyə hücumları fonunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sarsılmaz həmrəyliyini bəyan edərək, onun suverenliyi, təhlükəsizliyi və sabitliyini müdafiə üçün bütün qanuni tədbirlərə tam dəstəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Nazirlik həmçinin İranın BƏƏ-nin suverenliyi və müstəqilliyinə yönəlik yanlış bəyanat və ittihamlarını qətiyyətlə rədd etdiyini vurğulayıb.

Bəhreyn İranı beynəlxalq hüquq normaları və region ölkələrinin suverenliyinə hörmət etməyə, onların daxili işlərinə qarışmamağa, mehriban qonşuluq prinsiplərinə riayət etməyə, hər cür düşmənçiliyi dayandırmağa, Hörmüz boğazında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq naviqasiya azadlığı və təhlükəsizliyinin təmin edilməsinə, həmçinin gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri dəstəkləməyə çağırıb.