BAKI, 5 may. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki esmines İran tərəfindən qoyulmuş maneələrə baxmayaraq, Hörmüz boğazı vasitəsilə Bəsrə körfəzinə daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

“Apache” helikopterləri və qırıcıların dəstəklədiyi “USS Truxton” və “USS Mason” gəmiləri keçid zamanı bir sıra təhdidlərlə üzləşiblər.

İran katerlər, raketlər və dronlarla esmineslərin keçidinin qarşısını almağa çalışsa da, Amerika gəmilərindən heç biri vurulmayıb.

İranın müdaxilə cəhdlərinin uğurla dəf edildiyi, mərmilərin ABŞ gəmilərinə çatmadığı bildirilib.