BAKI, 28 aprel. TELEQRAF

“Düşmənlə əməkdaşlıq edənlər təcavüzkarla əməkdaşlığın bədəlini ödəməli, əmlakları müsadirə olunmalıdır”.

Teleqraf xəbər verir ki, bunun İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib.

Məhkəmə orqanlarına müraciət edən sistem rəhbəri bildirib: “Qanunun icazə verdiyi və tələb etdiyi həddə qədər düşmənin daxili və xarici tərəfdaşlarının əmlakını müsadirə edin”.

Mohseni-Ejei xaricdə yaşayan iranlılarla bağlı duruma da diqqət çəkib:

“Xaricdə yaşayan iranlılar ölkələri hücuma məruz qaldığı üçün vətənlərinə qayıtmaq istəyirlərsə, biz onları qarşılamalıyıq. Əlbəttə, bu onların fəaliyyətlərindən asılıdır, hamısının qarşısına qırmızı xalça sərməyəcəyik”.