BAKI, 22 aprel. TELEQRAF
“İran ABŞ ilə münaqişəni həm diplomatik, həm də hərbi yolla həll etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
“Əgər amerikalılar danışıqlar masasına oturmaq istəsələr, biz hazır olacağıq, müharibə yolunu seçsələr, İran buna da hazırdır”, - diplomat bildirib.
İrəvani danışıqlar üçün Tehranın şərtinə də diqqət çəkib:
“ABŞ-nin dəniz blokadası atəşkəsin pozulmasıdır, biz onlara demişik ki, buna son qoymalıdırlar. Əgər blokada qaldırılarsa, inanıram ki, İslamabadda danışıqların növbəti mərhələsi baş tutacaq”.
Həmçinin o, İsrail və Livan arasında atəşkəsi “İran və ABŞ arasında atəşkəsin qorunması üçün şərt” adlandırıb.