BAKI, 22 aprel. TELEQRAF

İsrail Silahlı Qüvvələri Livanın mərkəzi hissəsinə hava zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, Qərbi Bekaa bölgəsindəki Əl-Cabbur yaşayış məntəqəsinin ətrafını hədəf alıb.

Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.