BAKI, 21 aprel. TELEQRAF

İsrail kəşfiyyatının maraqları naminə fəaliyyət göstərməkdə və yanvar iğtişaşları zamanı Tehranda məscid yandırmaqda ittiham olunan Əmir Əli Mircəfəri çərşənbə axşamı səhər saatlarında edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.

Məlumata görə, Ə.Mircəfəri saxlanıldıqdan sonra iğtişaşlarda iştirak etdiyini, motosiklet yandırdığını və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etdiyini etiraf edib.

Eyni zamanda İranın digər iki əyalətində “düşmənlə əməkdaşlıq” maddəsi ilə ittiham olunan 22 nəfər həbs cəzasına məhkum edilib.