BAKI, 20 aprel. TELEQRAF

“Müharibə nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Prezident hesab edir ki, münaqişənin həlli üçün diplomatik vasitələrdən istifadə edilməlidir.

“Müharibə heç kimə sərf etmir, təhdidlərə qarşı mübarizə apararkən gərginliyi azaltmaq üçün bütün ağlabatan və diplomatik vasitələrdən istifadə etmək lazımdır. Həmçinin düşmənə qarşı inamsızlıq və qarşılıqlı əlaqələrdə sayıqlıq vacib olaraq qalır”, - Pezeşkian vurğulayıb.