BAKI, 20 aprel. TELEQRAF

İsrailin Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) və polis İran kəşfiyyatının tapşırıqlarını yerinə yetirməkdə şübhəli bilinən iki ölkə vətəndaşını həbs edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, əsas şübhəli Nes-Siona şəhərindən olan 19 yaşlı gənc İran tərəfi ilə uzun müddət onlayn təmasda olub. Həmin şəxsin müxtəlif tapşırıqları icra etməyə, həmçinin prosesə yeni üzvlər cəlb etməyə razılıq verdiyi iddia olunur.

Beyt-Oved sakini olan ikinci şəxs isə bu fəaliyyətlərdə ona kömək etdiyi üçün saxlanılıb.

Qeyd edilib ki, bu hadisə xarici kəşfiyyatın rəqəmsal kanallar vasitəsilə İsrail daxilində agent toplamaq cəhdlərinin davamıdır.