BAKI, 17 aprel. TELEQRAF

İsrail ordusu artilleriya qurğularından Livanın Xiyam şəhərinə atəş açmaqla atəşkəs rejimini pozub.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Livan və İsrail arasında hərbi əməliyyatların 10 gün müddətinə dayandırılması barədə razılıq əldə olunub.