BAKI, 10 aprel. TELEQRAF

“İsrail və Livan nümayəndələri arasında bu gün hazırlıq xarakterli telefon danışığı planlaşdırılır”.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əş-Şərq” telekanalı məlumat yayıb.

Məlumata görə, üzbəüz görüşün isə gələn həftə keçirilməsi nəzərdə tutulur.

Eyni məlumatı Livan mənbəsi İsrailin N12 telekanalına da təsdiqləyib.