BAKI, 10 aprel. TELEQRAF

“NATO ölkələri Hörmüz boğazının açılmasında və gəmilərin bu su yolundan təhlükəsiz keçidinin təmin edilməsində ABŞ və İsrailə kömək etmək məcburiyyətində deyillər”.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

Nazirin sözlərinə görə, NATO ölkələri İranla bağlı son dərəcə vacib müharibə fonunda susmağı seçiblər, çünki heç kim NATO üzvləri ilə İrana hücum edib-etməmək barədə məsləhətləşmə aparmayıb.

Bolatın qeyd edib ki, alyans ölkələri ABŞ və İsrailin İrana qarşı əməliyyatının qısamüddətli olacağını gözləyiblər.

“Onlar (ABŞ və İsrail) özlərinin və ya qlobal iqtisadiyyatlar üçün son dərəcə mənfi nəticələri nəzərə almadılar”, - Türkiyənin ticarət naziri söyləyib.

Bolat əlavə edib ki, bu əməliyyat NATO üzvləri və ya dünyanın yox, ancaq İsrailin maraqları naminə həyata keçirilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin İranda hərbi əməliyyata və Hörmüz boğazının açılmasına dəstək verməmələrindən narazılığını ifadə edib. Amerika lideri bundan sonra NATO-dan çıxma məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb.