BAKI, 2 aprel. TELEQRAF
“Dünya bütün Yaxın Şərqi cənginə alacaq və bütün dünyaya dramatik təsir göstərəcək daha böyük müharibənin astanasındadır”.
Teleqraf xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş İrandakı durumu şərh edərkən deyib.
“Yaxın Şərqi bürüyəcək və bütün dünyada dramatik nəticələrə səbəb olacaq daha böyük müharibənin astanasındayıq. Müharibənin nəticələri artıq hər yerdə hiss olunur. Təkcə Hörmüz boğazında naviqasiya azadlığının qarşısını almağın nəticələrinə baxın”, - BMT rəhbəri vurğulayıb.