BAKI, 24 mart. TELEQRAF
İsrail Livanın İran səfiri Məhəmməd Rza Raufu ölkədən çıxarmaq qərarını alqışlayır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Gideon Saar bildirib.
“Bu, Livanın suverenliyini pozmaqda, “Hizbullah” vasitəsilə dolayı yolla işğal etməkdə və onu müharibəyə sürükləməkdə məsul olan rejimə (İran) qarşı əsaslı və zəruri addımdır”, - nazir deyib.
Saar Livan hökumətində “Hizbullah” nümayəndələrinin mövcudluğuna diqqət çəkərək, Beyrutu bu terror təşkilatına qarşı praktiki və effektli tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, Livan XİN İran səfirini “arzuolunmaz şəxs” elan edərək, ölkədən qovub. Livan xarici işlər naziri Yusif Raci bəyan edib ki, qərar İran səfirliyinin Beyrutdakı müvəqqəti işlər vəkilinə çatdırılıb.
Qərara əsasən, Şeybani martın 29-dək Livan ərazisini tərk etməlidir.
Livan həmçinin Tehrandakı səfiri Əhməd Süveydanı məsləhətləşmələr üçün geri çağırıb.
“İran hakimiyyəti iki ölkə arasında mövcud diplomatik normalar və protokolları pozub”, - Livan xarici işlər naziri vurğulayıb.