BAKI, 24 mart. TELEQRAF
“Amal” və “Hizbullah” hərəkatları İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybanidən Livan Xarici İşlər Nazirliyinin ölkəni tərk etmək tələbini rədd etməsini istəyiblər.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadas” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, iranlı diplomat hər iki hərəkatla təmasa keçərək, onlardan ölkədən çıxarılması qərarına müdaxilə etmələrini istəyib.
Xatırladaq ki, Livan XİN İran səfirini “arzuolunmaz şəxs” elan edərək, ölkədən qovub. Livan xarici işlər naziri Yusif Raci bəyan edib ki, qərar İran səfirliyinin Beyrutdakı müvəqqəti işlər vəkilinə çatdırılıb.
Qərara əsasən, Şeybani martın 29-dək Livan ərazisini tərk etməlidir.
Livan həmçinin Tehrandakı səfiri Əhməd Süveydanı məsləhətləşmələr üçün geri çağırıb.
“İran hakimiyyəti iki ölkə arasında mövcud diplomatik normalar və protokolları pozub”, - Livan xarici işlər naziri vurğulayıb.