BAKI, 24 mart. TELEQRAF
Livan İranın Beyrutdakı səfiri Məhəmməd Rza Rauf Şeybanini "arzuolunmaz şəxs” elan edərək, onu ölkədən qovub.
Teleqraf xəbər verir ki, bu barədə Livan xarici işlər naziri Yusif Raci məlumat verib.
O bildirib ki, bu qərar İran səfirliyinin Beyrutdakı müvəqqəti işlər vəkilinə çatdırılıb.
Raci əlavə edib ki, Şeybani martın 29-dək Livan ərazisini tərk etməlidir.
Livan həmçinin Tehrandakı səfiri Əhməd Süveydanı məsləhətləşmələr üçün geri çağırıb.
“İran hakimiyyəti iki ölkə arasında mövcud diplomatik normalar və protokolları pozub”, - Livan xarici işlər naziri əlavə edib.