BAKI, 16 mart. TELEQRAF

“İran ABŞ və İsrailə qarşı sona qədər müharibə aparmağa hazırdır və atəşkəs axtarışında deyil”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Düşünürəm ki, artıq düşmən yaxşı dərs alıb və tərəddüd etmədən özünü müdafiə etməyə, müharibə hara aparır-aparsın, sona qədər davam etdirməyə hazır olan xalqla qarşılaşdığını başa düşüb”, - nazir qeyd edib.