BAKI, 11 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Qum şəhəri ətrafında yerləşən neft anbarına zərbələr endirib.

***

15:45

Bəndər Abbasda Hərbi Hava Qüvvələrinin radar sistemi məhv edilib.

Kirman hava limanı ərazisində partlayış baş verib.

Mərivan Sərhəd Alayına hücum, eləcə də Ramşir, İlam, Saqqız və Tehranın müxtəlif yerlərində silsilə partlayışlar barədə məlumat yayılıb.

***

15:40

Təbriz şəhərində ABŞ-İsrail hücumu nəticəsində üç nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Həmçinin şəhərin Saffroniyə yaşayış massivinə hücum nəticəsində dörd nəfər yaralanıb.

Ramşir, Saqqız və Tehranın müxtəlif yerlərinə hücumlar barədə də məlumat yayılıb.

***

15:07

Ölkəyə davam edən hava hücumu fonunda Bəndər Abbas şəhərində baş verən partlayışlar barədə məlumat yayılıb.

Tehran əyalətinin Mallard şəhərində hərbi texnika və PUA anbarları partladılıb.

***

14:37

Paytaxt Tehranın müxtəlif bölgələrinsə silsilə partlayışlar baş verib.

Paytaxtın Hakimiyyə ərazisindəki İmam Hüseyn Universitetinə şiddətli hücumlar barədə məlumat yayılıb.

Şəhərin şərqindəki İmam Hüseyn Hərbi Mərkəzinə də hücumun olduğu bildirilib.

Partlayışlar fonunda paytaxtın üzərində qırıcı təyyarələrin uçuşu müşahidə olunub.

ABŞ və İsrailin birgə hücumu zamanı Borucerddə polis bölməsi və xüsusi təyinatlı qüvvələrin bazası dağıdılıb.

***

13:54

Abadanda neft emalı zavodu hava hücumuna məruz qalıb.

Müəssisədə partlayışın baş verdiyi və tüstünün qalxdığı bildirilib.

***

13:18

“Bəsic” qüvvələrinin “İmam Rza” bölməsinin binası dağıdılıb.

SEPAH-ın Əlborz əyalətinin Fərdis şəhərində yerləşən qərargahı da hücuma məruz qalıb.

***

12:31

Bircənddə şəhərin bir neçə yerində eyni vaxtda partlayış səsləri eşidilib.

Təbrizdə də iki güclü partlayış barədə məlumat yayılıb.

Ölkənin cənub-qərbindəki Omidiya bölgəsinə də hücum olub.

***

09:51

Kirman şəhərində ABŞ və ya İsrailə məxsus PUA-nın vurulduğu bildirilir.

***

09:21

Səhər saatlarında Mahşəhr limanında ən azı 14 güclü partlayışın baş verdiyi bildirilir.

***

09:18

İranın Bəndər Abbas şəhərində gəmiqayırma zavodunun yaxınlığında partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.