BAKI, 9 mart. TELEQRAF

Fransa Avropa Birliyinin “Aspides” hərbi-dəniz missiyasının bir hissəsi olaraq Qırmızı dənizə iki freqat göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Sırf müdafiə və müşayiət missiyası qurmaq prosesindəyik. Bu missiya həm Avropa, həm də qeyri-Avropa dövlətləri ilə birlikdə hazırlanmalıdır”, - o qeyd edib.