BAKI, 5 mart. TELEQRAF
“İran məqsədlərinə çatana və düşmənlərə ağır zərbələr endirənə qədər müharibəni dayandırmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəm ül-Ənbiya” Mərkəzi Qərargahının komandir müavini general Kəyumərs Heydəri deyib.
“Bu müharibənin neçə gün davam etməsinin bizim üçün fərqi yoxdur. Biz səkkiz illik müharibədən keçmişik, bu müharibəni yalnız məqsədlərimizə çatdıqdan və düşməni rüsvayçı hərəkətinə görə peşman etdiyimiz və ümidsizliyə düçar edəcəyimiz zaman bitirəcəyik”, - general bildirib.