BAKI, 4 mart. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri dost ölkələrə məxsus iki gəminin Hörmüz boğazından təhlükəsiz keçidinə icazə verildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Məlumata görə, İran tərəfi boğazdan keçid qaydalarını pozan və ABŞ tərəfindən dəstəklənən gəmiləri hədəf alıb.

"İranın müəyyən etdiyi qaydaları pozaraq boğazdan keçməyə cəhd edən bütün gəmilər hədəfə alınıb. Müharibənin dördüncü günündən etibarən Hörmüz boğazında heç bir hərəkət qeydə alınmır. Boğazdan keçidə yalnız İranın xüsusi icazəsi ilə iki "dost ölkə" gəmisi buraxılıb", - SEPAH rəsmisi vurğulayıb.