BAKI, 4 mart. TELEQRAF

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani son günlər davam edən hərbi qarşıdurma zamanı ABŞ ordusunun 500-dən çox itki verdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, özünün "X" hesabında paylaşım edib.

Ə.Laricani ABŞ-nin hazırkı administrasiyasını və İsrail rəhbərliyini tənqid edərək, Vaşinqtonun Yaxın Şərq siyasətinin uğursuzluğa düçar olduğunu bildirib.

"Donald Tramp xalqını İrana qarşı ədalətsiz müharibəyə sürüklədi. İndi qoy o, bir neçə gün ərzində həlak olan 500-dən çox Amerika hərbçisinin fonunda hesablasın, onun üçün kim birinci yerdədir - Amerika, yoxsa İsrail?", - o qeyd edib.