BAKI, 4 mart. TELEQRAF
İranın Livandakı diplomatik nümayəndəliyinə hər hansı hücum olacağı təqdirdə, Tehran İsrailin Yaxın Şərqdəki səfirliklərinə cavab zərbələri endirəcək.
Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin (SEPAH) Baş Qərargahının sözçüsü, general Əbülfəzl Şikarçı deyib.
Onun sözlərinə görə, İran tərəfi İsrailin regiondakı fəaliyyətlərini yaxından izləyir. Ə. Şikarçı qeyd edib ki, Beyrutdakı İran səfirliyinə qarşı hər hansı hərbi təxribat baş verərsə, İsrailin Yaxın Şərq ölkələrində fəaliyyət göstərən diplomatik korpusları qanuni hədəfə çevriləcək.
"İsrail Livandakı diplomatik missiyamıza hücum etmək səhvini baha ödəyəcək. Belə bir ssenaridə cavabımız regiondakı bütün İsrail səfirliklərini əhatə edə bilər", - Ə.Şikarçı vurğulayıb.