BAKI, 3 mart. TELEQRAF

ABŞ İrana hava hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mühüm obyektlərini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

“ABŞ qüvvələri davam edən əməliyyatlar çərçivəsində SEPAH-ın komandanlıq və idarəetmə mərkəzləri, hava hücumundan müdafiə sistemləri, raket və PUA-ların buraxılış məntəqələri və hərbi aerodromlarını məhv edib. İran rejiminin aradan qaldırılması təcili olan təhdidlərinə qarşı qətiyyətli tədbirlər görməyə davam edəcəyik”, - CENTCOM vurğulayıb.