BAKI, 26 fevral. TELEQRAF

“İran tam şəkildə həm sülhə, həm də hərbi ssenariyə hazırdır, amma məqsədimiz müharibənin qarşısını almaqdır”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Tam şəkildə hər iki ssenariyə hazırıq, həm sülhə, Allah eləməsin, həm də müharibəyə”, - o qeyd edib.

Əraqçi vurğulayıb ki, İran Silahlı Qüvvələri qarşılarına qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır və ölkə özünü effektiv şəkildə qoruya bilər. Xarici işlər naziri əlavə edib ki, İran son müharibədən dərs çıxararaq, daha yaxşı hazırlaşıb.

“Bu isə o deməkdir ki, məqsəd müharibənin qarşısını almaqdır. Hərbi baxımdan hazır olduğunuz zaman müharibəni önləyə bilərsiniz”, - o bildirib.

Ababs Əraqçi əlavə edib ki, İranın dinc məqsədli nüvə proqramı ilə bağlı məsələ hərbi yolla həll olunmamalıdır:

“Mən diplomatiya insanıyam, hesab edirəm ki, seçdiyimiz yol bu problemin həlli üçün ən yaxşı yoldur. Əgər narahatlıq və ya suallar varsa, Tehran onlara cavab verməyə hazırdır. Amma biz nüvə texnologiyalarının dinc məqsədlər üçün istifadəsi hüququndan güzəştə getməyə hazır deyilik. Bizim tələbimiz budur”.