BAKI, 26 fevral. TELEQRAF
İranın ABŞ ilə növbəti görüşdə yeni təkliflər irəli sürəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
“Dünya nəfəsini tutub ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə topladığı böyük hərbi qüvvənin İran rejimini diz çökdürmək üçün təhdid olub-olmadığını, yaxud danışıqlarda razılaşma əldə olunmasa, hücum edəcəyi ilə bağlı vədini yerinə yetirib-yetirməyəcəyini görmək üçün gözləyir”, - nəşr yazıb.
Mənbə bildirib ki, İran təqdim edəcəyi təklifdə simvolik zənginləşdirmənin saxlanılmasını istəyəcək. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff isə bundan öncə Vaşinqtonun hətta bir faiz belə uran zənginləşdirmə imkanına icazə verməyəcəyini bəyan etmişdi.