BAKI, 24 fevral. TELEQRAF

ABŞ İrana qarşı genişmiqyaslı hücuma başlamaq qərarına gələrsə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi əsas hədəflərdən biri olacaq.

Teleqraf xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Donald Tramp administrasiyası diplomatiya və ya məhdud zərbə İranı nüvə proqramından imtina etməyə məcbur etməsə, bu ssenarini tətbiq edəcək.

CNN əlavə edib ki, genişmiqyaslı hücum SEPAH rəhbərliyi də daxil olmaqla, ən vacib hərbi və dövlət obyektlərini də əhatə edəcək.