BAKI, 17 fevral. TELEQRAF
“İran zərurət yaranarsa, qısa müddətdə Hörmüz boğazını bağlamağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri deyib.
“Əgər məsələ Hörmüz boğazının bağlanmasına doğru gedərsə, Hərbi Dəniz Qüvvələrimiz bu vəzifəni mümkün qədər tez yerinə yetirəcək”, - Təngisiri bildirib.