BAKI, 17 fevral. TELEQRAF

Fevralın 17-də Cenevrədə görüşəcək İran və ABŞ arasında barışıq əlamətləri görünmür.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ rəsmiləri agentliyə deyiblər ki, Amerika ordusu bir neçə həftədir Prezident Donald Trampın əmri ilə İrana qarşı mümkün hərbi əməliyyatlar üzərində işləyir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da fevralın 16-da Hörmüz boğazında hərbi təlimlərə başlayıb. Mənbə qeyd edib ki, bu boğaz beynəlxalq əhəmiyyətli keçid və Bəsrə körfəzi ölkələrinin neft ixrac yoludur.

Həmin ölkələr İran-ABŞ gərginliyinə diplomatik həll yolu tapılmasını istəyirlər.

İran xarici işlər naziri Abbas Əraqçi, ABŞ ilə danışıqlar üçün Cenevrəyə gəldikdən sonra X-də yazıb ki, bura ədalətli və balanslı razılaşmaya nail olmaq üçün real təşəbbüslərlə gəlib.