BAKI, 4 fevral. TELEQRAF
İranın Omanda ABŞ ilə danışıqlar zamanı raket proqramı və Yaxın Şərqdəki proksi qüvvələrə dəstəyin dayandırılmasını müzakirə etmək niyyəti yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, İran yalnız nüvə proqramı ilə bağlı məsələlər üzrə dialoqa hazırdır.
“Bloomberg” xatırladıb ki, bundan əvvəl danışıqların İran xarici işlər naziri Abbas Əraqçi, ABŞ prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin iştirakı ilə Türkiyədə keçirilməsi planlaşdırılmışdı. Amma İran sonradan fikrini dəyişdirirək, görüşün Omanda keçirilməsini istəyib.
Görüşün fevralın 6-da olacağı gözlənilir.