BAKI, 3 fevral. TELEQRAF
Fevralın 6-da Türkiyənin İstanbul şəhərində ABŞ və İran arasında keçiriləcək növbəti danışıqlarının prioriteti tərəflər arasındakı gərginliyin azaldılması və qarşıdurmanın qarşısının alınmasıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” regional mənbələrə istinadla məlumat yayıb.
Mənbələr gözlənilən danışıqların gərginliyin daha da artmasının qarşısını almaq üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qeyd edilib ki, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Oman və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri Türkiyədəki görüşə dəvət olunub.
Məlumata görə, 6 fevral danışıqlarının çərçivəsi hələ müəyyən edilməyib, amma əsas görüş fevralın 17-də keçiriləcək.
Xatırladaq ki, ABŞ-ni görüşdə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, İranı isə xarici işlər naziri Abbas Əraqçi təmsil edəcək.