BAKI, 3 fevral. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İran xarici işlər naziri Abbas Əraqçi fevralın 6-da Türkiyənin İstanbul şəhərində Tehranın nüvə proqramını müzakirə etmək üçün görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Uitkoff və Əraqçi nüvə məsələsi ilə bağlı mümkün razılaşmanı müzakirə edəcək.