BAKI, 26 yanvar. TELEQRAF

“İran hökuməti müharibə şəraitində ölkəni idarə etmək üçün plan hazırlayıb, ümid edirik ki, onun həyata keçirilməsinə heç vaxt ehtiyac qalmayacaq”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın birinci müavini Məhəmmədrza Arif deyib.

“İslam Respublikası müharibəsevər və münaqişə başlatmaq niyyətində deyil, amma ölkəni müdafiə etməkdə heç bir tərəddüd etməyəcəyik. Əgər düşmən yeni münaqişəyə girməsə, biz ölkənin inkişaf və idarə olunması yolunu tutacağıq. Müharibə tətbiq olunacağı təqdirdə isə Silahlı Qüvvələr müdafiəyə tam hazırdır”, - o vurğulayıb.