BAKI, 26 yanvar. TELEQRAF
“Hazırda İran və ABŞ arasında sabit rabitə kanalı yoxdur”.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a İranın BMT-dəki nümayəndəsi Əli Bəhreyni bildirib.
“Xeyr, hazırda ciddi rabitə kanalının olduğunu düşünmürəm. Xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında müxtəlif məsələlərlə bağlı qeyri-rəsmi mesaj mübadiləsi aparılır, amma bunu danışıqlar adlandırmaq çətindir”, - diplomat deyib.
Bəhreyni əlavə edib ki, bir sıra ölkələr müxtəlif məsələlərlə bağlı İranla ABŞ arasında mesaj mübadiləsi təşkil etməyə çalışır və danışıqların aparılması imkanlarını araşdırır: “Amma bildiyim qədər, bu, hələlik tərəflər arasında mənalı danışıqlara gətirib çıxarmayıb”.